"Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu və Moldova Respublikasının Milli Sosial Sığorta Kassası arasında məcburi dövlət sosial sığortası sahəsində əməkdaşlıq haqqında Protokol" çərçivəsində təcrübə və məlumat mübadiləsi aparmaq məqsədi daşıyan səfər zamanı Fondun nümayəndə heyəti Moldova Respublikasının Milli Sosial Sığorta Kassasının sədri Mariya Borta ilə görüşüb.
Fonddan SİA-ya verilən məlumata görə, aparılan müzakirələr çərçivəsində Moldovanın məcburi dövlət sosial sığorta sistemi, Milli Sosial Sığorta Kassasında daxili auditin inkişafı və vəzifələri, kadrların idarəedilməsi mövzularında təqdimatlar keçirilib. Eyni zamanda görüşlərdə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Aparatının Kadr və kadr hazırlığı şöbəsinin əməkdaşları tərəfindən İnsan resursları və onların idarəedilməsi, Azərbaycanda "Dövlət Qulluqu haqqında Qanunun tətbiqi və əsas vəzifələri, eləcə də dövlət qulluğuna qəbul və əsas istiqamətlər barədə ətraflı məlumatlar verilib.
Qeyd edək ki, səfər müddətində DSMF-nın əməkdaşları Moldovanın Milli Sosial Sığorta Kassasının Belc, Orxey və Botanik yerli idarələrinin iş şəraiti ilə tanış olaraq, qarşılıqlı təcrübə mübadiləsi aparıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB