Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun prioritet elan etdiyi sahələrdən biri də gənclərin fiziki sağlamlıqlarının təmin olunmasıdır. Son zamanlar cəmiyyətdə yayılmaqda olan, ciddi aktual problemə çevrilən talassemiya və hemofiliya kimi qan xəstəliklərindən əziyyət çəkən gənclərə yardım göstərilməsi məqsədilə Fond tərəfindən "Qan verməklə başqasına həyat verirsən" adlı sosial kampaniya başlanıb. Fonddan SİA-ya verilən məlumata görə, bu sahədə gənclərin fəallığını təmin etmək və sosial maarifləndirmə işlərini regionlarda da aparmaq üçün kampaniyanın maarifləndirmə avtobusu ölkəmizin 12 şəhər və rayonunda 1 günlük aksiyalar keçirməyi nəzərdə tutub. İlk aksiya bu gün Hacıqabulda Mərkəzi Xəstəxananın qarşısında başlayıb.
Aksiyada Hacıqabul rayon İcra başçısı və digər nümayəndələr iştirak edəcəklər.
Aşağıda növbəti aksiyaların tarixləri ilə tanış ola bilərsiniz.
Hacıqabul 20.06.13
Bərdə 21.06.13
Mingəçevir 24.06.13
Zaqatala 25.06.13
Şəki 26.06.13
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB