Yol polisi: “Onsuz da onlar yararsız avtomobillər idi” MÜNASİBƏT

Yanan avtomobillərə görə kompensasiyanı hansı qurum verəcək?
Yol polisi: “Onsuz da onlar yararsız avtomobillər idi” MÜNASİBƏT
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) Nizami rayonunda yerləşən cərimə meydançasında yanğın baş verib. Yanğın nəticəsində 30-dan çox avtomobil yanıb. Güclü külək cərimə meydançası ərazisindən keçən yüksək gərginlikli elektrik xəttini qırıb. Elektrik xətti meydançada olan avtomobillərin üzərinə düşüb, nəticədə yanğın başlayıb. İlkin məlumata görə, 30-dan çox avtomobil yanaraq yararsız hala düşüb.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev hadisənin dayanacağın yanında yanğın baş verdiyini bildirib. "Mühafizə olunan duracaqdakı əzilmiş, sıradan çıxmış bir neçə avtomobil yanıb, amma elə də ciddi zərər dəyməyib. Həmin avtomobillər illər əvvəl qəzaya uğrayıb, yararsız hala düşüblər. Onlar cərimə meydançasının bir kənarında qalıblar".

Bəs yanmış avtomobillərə görə, sahiblərinə kompensasiya ödəniləcəkmi?" Onsuz da onlar yararsız avtomobillərdir. Üstəlik illərdir həmin avtomobillər dayanacaq haqqı, ödəniləcək məbləğdən bəlkə də, daha çoxdur.

Yararlı avtomobilə mühafizə olunan meydançada zərər yetirilərsə, ona dəymiş maddi dəyər ödənilməlidir. Cərimə meydançası hansı təşkilat tərəfindən qorunursa, onlar da kompensasiya ödəyir".

Cərimə meydançasında yanğın baş verməsi və avtomobillərin yanmasına Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədovsa bildirib ki, yanğınla bağlı aiddiyatı tədbirlər görülür: "Elektrik naqillərində olan nasazlıq nəticəsində yaranan yanğın müvəqqəti mühafizə olunan dayanacaqdakı avtomobillərə də təsir edib. Yanğınsöndərənlər vasitəsilə yanğın söndürülüb. Bir neçə maşın yanıb. Nə qədər maşının yandığını deyə bilmərəm. Hələlik bildiyim budur. Yanğınla əlaqədar nə kimi tədbirlərin görüləcəyi və ya müəyyən işlərin görülməsi üçün aiddiyyatı addımlar atılacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB