Nazir Şirvanda vətəndaşları qəbul edib FOTOLAR

Nazir Şirvanda vətəndaşları qəbul edib FOTOLAR

Bu gün nəqliyyat naziri Ziya Məmmədov Şirvan, Hacıqabul, Sabirabad, Salyan, Füzuli, İmişli, Beyləqan və Saatlı rayonlarında yaşayan vətəndaşların problemlərini dinləyib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, görüşdə "Azəryolservis" ASC-nin sədri Cavid Qurbanov və nazirliyin idarə rəisləri iştirak edib. Vətəndaşlar əsasən kənd yollarının yenidən qurulması, magistral yolların çəkilişi zamanı pay torpaqlarının yol layihələrinə düşərkən kompensasiyaların ödənilməsi və bəzi hallarda işə qəbulla bağlı müraciətlər ediblər.

Qeyd edək ki, nazir vətəndaşların müraciətləri ilə bağlı yerindəcə göstərişlər verib.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə