Lənkəran RİH: "Müxalifət mətbuatında yazılanlar uydurmadır" TƏKZİB

Yaxud bəzi qüvvələr xəstə təxəyyüllərinə əsaslanan fikirləri ilə əslində özlərinin iç üzünü necə açıblar?
Lənkəran RİH: "Müxalifət mətbuatında yazılanlar uydurmadır" TƏKZİB

Son günlər bəzi saytlarda yenə də, Lənkəranla bağlı tamamilə yalan, uydurma məlumatlar yaymaqla ictimai rəydə çaşqınlıq yaratmağa cəhdlər göstərilir. Lənkəran Şəhər İcra Hakimiyyətindən SİA-ya verilən məlumata görə, bu adamlar heç bir əxlaq normasına sığmayan tərzdə Lənkəran Şəhər İcra Hakimiyyətinin şəffaf fəaliyyətinə, rayonda həm sosial-iqtisadi inkişaf sahəsində, həm də kadrlarla aparılan uğurlu işə kölgə salmaq üçün bəd niyyətlərini ortaya qoyublar. Onlar real vəziyyətə nəzər belə yetirmədən İcra Başçısı barədə böhtan və həqiqətə uyğun olmayan fikirlər yazıblar.

Əvvələn İcra başçısı növbəti əmək məzuniyyətində ola-ola təhsil şöbəsinin müdirini necə dəyişə bilər. İkincisi ölkə rəhbərliyinin və yuxarı dövlət orqanlarının qarşıya qoyduğu vəzifələr rayon İcra hakimiyyəti başçısı aparatı və aidiyyatı dövlət qurumları tərəfindən uğurla icra olunur. Hazırda rayonda bütün sahələrdə mövcud olan işgüzar ab-hava, sabitlik və əminamanlıq bir daha onu göstərir ki, Şəhər İcra hakimiyyəti başda olmaqla rayonda dövlət idarəetmə orqanları öhdələrinə düşən vəzifələrin icrasından ötrü birgə səylə çalışırlar. Görünür, bu cür vəziyyət sözügedən yazı müəllifləri və onların sifarişçiləri kimi bədxahları qane etmir. Yaxşı nə varsa qısqanclıqla qarşılayan, görülən işlərə sevinməyən bu qüvvələr xəstə təxəyyüllərinə əsaslanan fikirləri ilə əslində özlərinin iç üzünü açıblar. Onlara müraciət edərək deyirik: Ey gerizəkalı insanlar, ey nadanlar, rüşvət alıb-verməyə o qədər alışıbsınız, başınız çirkin işlərə o qədər qarışıb ki, hamını özünüz kimi təsəvvür edirsiniz. Hər şeyin alınıb satıldığını düşünürsünüz. Bunun yalnız bircə adı var: mənəviyyatsızlıq.

Hətta yazınızda rüşvətin "texnologiyası və gəlirin toplanması barədə proje" də uydurmusunuz. Əslində bunlar sizin çirkin niyyətinizdən irəli gələn sayıqlamalardır. Bəli, bununla bildirmək istəyirsiniz ki, əlinizdə imkan olsaydı, belə edərdiniz.

Lənkəranda isə nə Təhsil şöbəsinin rəhbərliyində, nə də digər sahələrdə hələlik kadr dəyişikliyinə ehtiyac yoxdur. Ehtiyac yaranacağı tədqirdə kadrlar intelellektual səviyyələrinə, təşkilatçılıq bacarığına və sağlam mənəvi keyfiyyətlərinə görə seçiləcəklər, sizin sayıqlamalarınıza görə yox.

Bütün xəbərlər Facebook səhifəmizdə