Son günlər bəzi müxalifət yönümlü kütləvi informasiya vasitələrində Saatlı rayonunda maye-qaz yanacaq doldurma məntəqəsində baş vermiş partlayışdan sonra rayonun Minbaşıllı adlanan yaşayış sahəsindəki maye-qaz yanacaq doldurma mənqəsinin bağlanması ilə əlaqədar sakinlərin İcra Hakimiyyətinə müraciət etdikləri bildirilir və İcra Hakimiyyəti tərəfindən məsələyə heç bir reaksiya verilmədiyindən etiraz aksiyasına başlandığı yazılır.
SİA-ya Saatlı rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsəllər şöbəsinin müdiri Reyhan Ocaqovanın verdiyi məlumata görə, belə informasiya vasitələrində dərc olunan yazıların, heç bir əsası olmayan məlumatların, müxtəlif müxalifət yönümlü informasiya vasitələrində yer alması Saatlıda həyata keçirilən irimiqyaslı, sosial yönümlü, quruculuq işlərinə kölgə salmaq məqsədilə şəxsi marağı olan bəzi müxalif insanların yazdırdıqları həqiqəti əks etdirməyən, şər və böhtanlardan ibarət olan qərəzli və subyektiv fikirləridir. Belə böhtan və yalanlar yazmaq müxalif insanların köhnə vərdişləridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB