"Müəllif hüququ mallarına xüsusi nəzarət markası vurulacaq"

"Müəllif hüququ mallarına xüsusi nəzarət markası vurulacaq"

"Azərbaycanda son 10 il ərzində müəlliflik və əlaqəlik hüquqlarına əsaslanan göstəricilər 2,1 %-dən 4,5 %-ə qədər artıb". SİA-nın məlumatına görə, bunu açıqlamasında Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov deyib.

Onun sözlərinə görə, əldə olunan nəticələr biliklərə əsaslanan cəmiyyətə keçməyə imkan verir: "Əqli mülkiyyətin digər rolu ondan ibarətdir ki, o, öz mədəni əhəmiyyəti ilə yanaşı, informasiya cəmiyyətinin formalaşmasında böyük rol oynaya bilsin. "Azərbaycan 2020 : Gələcəyə baxış" İnkişaf Konsepsiyasında bu bənd öz əksini tapıb. Həmin bənddə xüsusilə qeyd olunub ki, əqli mülkiyyətlə bağlı rəqəmli hüquqlarının idarə edilməsi 2020-ci il üçün internetdə tam şəkildə həyata keçirilməlidir. Qarşıda duran əsas məsələlərdən biri hüquqların idarə edilməsi üçün rəqəmsal monitorinq və lisenziyalaşdırma sisteminin yaradılmasıdır. Bunlar da onlayn sistemdə olacaq. Sistem bir mərkəzdən bütün hüquqların birbaşa idarə olunmasına şərait yaradacaq. Adıçəkilən layihə 9 Avropa ölkəsi ilə müştərək hazırlanıb".

"Konsepsiyanın digər bəndi isə ondan ibarətdir ki, qanunvericilik bu sahədə işləri daha da təkmilləşdirəcək. Bununla bağlı, "Əqli mülkiyyət hüquqlarının təminatı" və "Piratçılığa qarşı mübarizə haqqında" qanun layihəsi qəbul edilib. Hökumətin qərarı ilə Müəllif Hüquqları Agentliyinin nəzdində Hüquqların Müdafiəsi mərkəzi yaradılıb. Mərkəzdə bütün işlər hazırlanıb. Əsas problem satış şəbəkəsinin tərkibindəki müəllif hüququ ilə əlaqəli malların üzərinə xüsusi nəzarət markasının vurulmasıdır. Bu marka artıq hazırlanıb və qərarın verilməsini gözləyirik. Bununla yanaşı, smartfon mobil telefonlara əsaslanan unikal yoxlama sistemi var. Bundan sonra mobil telefonla hər bir şeyi öyrənmək mümkün olacaq",- deyə agentliyin sədri fikirlərinə əlavə edib.

K.İmanov onu da qeyd edib ki, son 5 ildə müəlliflik hüquqlarının pozulması ilə bağlı müxtəlif seqmentlərdə 9-dan 21%-ə qədər azalma baş verib: "Yəni kompyuter proqramları ilə bağlı 9%, kitab nəşrində isə 21% azalıb. Foto, video və CD qanunsuz satışında 16% azalma müsahidə olunub".

Bütün xəbərlər Facebook səhifəmizdə