Şura Gəncədə regional konfrans keçirir FOTO

Şura Gəncədə regional konfrans keçirir FOTO

Bu gün Gəncədə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Regionlarda vətəndaş cəmiyyətinin möhkəmləndirilməsində QHT-Hökumət əməkdaşlığının rolu" mövzusunda regional konfrans öz işinə başlayıb. SİA-ya verilən məlumata görə, Gəncə şəhər İcra Hakimiyyətinin akt zalında keçirilən tədbiri icra başçısı Elmar Vəliyev açıb. E.Vəliyev ölkədə gedən sosial-iqtisadi inkişaf və gələcək perspektivlər haqqında danışıb.

Məruzə ilə çıxış edən Şura sədri Azay Qiliyev ölkədə vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi və son illər bu yöndə şura tərəfindən həyata keçirilən mühüm tədbirlər haqqında tədbir iştirakçılarını məlumatlandırıb.

A.Quliyev tədbir iştirakçılarını maraqlandıran sualları cavablandıraraq qeyd edib ki, şura yerli QHT-lərlə yanaşı xarici QHT-lərin də maliyyələşdirilməsinə başlayıb.

Tədbirdə həmçinin şuranın beş illik fəaliyyətini əks etdirən film nümayiş etdirilib.

Qeyd edək ki, konfrans davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə