5 ildə 3 milyondan artıq ağac və kol bitkiləri əkilib

5 ildə 3 milyondan artıq ağac və kol bitkiləri əkilib

Son 5 ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2,8 min hektar ərazidə 3 milyondan artıq ağac və kol bitkiləri əkilib. SİA-nın xəbərinə görə, bunu Bakıda keçirilən Ombudsmanların XI Bakı Beynəlxalq Konfransının ikinci günündə ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev deyib. O qeyd edib ki, Abşeron yarımadasının çirklənmiş torpaqlarının təmizlənməsi istiqamətində də müvafiq işlər görülüb.

Nazir müavininin sözlərinə görə, köhnə neft mədənlərinin ərazisində 1200 hektardan artıq neftlə çirklənmiş torpaqlar rekultivasiya olunub və hazırda ərazidə abadlaşdırma işləri aparılır: "Bundan başqa, Sumqayıt şəhərinin ətraf mühitinin ciddi çirklənməsinə səbəb olan və fəaliyyəti dayandırılmış Səthi Aktiv Maddələr Zavodunun 95,7 min kubmetr civə tərkibli toksiki və digər sənaye tullantıları şəhər yaxınlığında yaradılmış təhlükəli tullantılar poliqonuna daşınıb. Ötən ilin sonunadək həmin ərazidə ümumilikdə 121 min kubmetr ərazinin zərərsizləşdirilməsi təmin edilib, torpaq örtüyü təmizlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə