Beynəlxalq Muğam Mərkəzində NETTY 2013 Azərbaycan Milli internet mükafatının təntənəli təqdimat mərasimi keçirilib. SİA-ya verilən məlumata görə, NETTY akademikləri rəsmi şəkildə 16 nominasiya üzrə bu il ən yaxşı milli veb-saytları, layihələri və proqramları elan ediblər.
1. Dövlət saytı: ASAN xidmət www.asan.gov.az
2. Korporativ sayt: Bank Standard www.bankstandard.com
3. Təhsil və elm: Milli Virtual Elektron Kitabxana www.kitabxana.net
4. Mədəniyyət və incəsənət: Xan Şuşinski. Virtual muzeyi http://khanshushinski.az
5. İnformasiya və xəbərlər: SalamNews Agency http://salamnews.org
6. Xidmət-sayt: Asan İmza www.asanimza.az
7. Əyləncələr: BAKU.WS www.baku.ws
8. İdman: Azərbaycan Güləş Federasiyası http://awf-az.org
9. Azərbaycan: Xocalı faciəsi http://xocali.biz/
10. Şəxsi səhifə: İbad Hüseynovun rəsmi veb-səhifəsi http://ibadhuseynov.az
11. Cəmiyyət: Ecowatch.az http://ecowatch.az
12. Elektron Ticarət sahəsində ən yaxşı sayt: BeSmart.Az - http://besmart.az/
13. Sosial şəbəkənin seçimi: Http://socialzet.com/ sosial şəbəkəsi
14. Mobil avadanlıqlar üçün ən yaxşı proqram - Robird müştərisi tviter
15. İlin İT-Hadisələri: AZERSPACE-1 layihəsi
16. "İnformasiya texnologiyaların inkişafının zənginləşdirilməsi üzrə" fəxri nominasiya üzrə mükafatın sahibi – Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Analitik analizin və proqram təminatı şöbəsinin rəisi Habil Abbasov olub.
Qeyd edək ki, ölkənin ən böyük İnformasiya Texnologiyaları şirkətlərinin nümayəndələri, mükafatın nominantları, KİV nümayəndələri və çoxsaylı qonaqlar mərasimin iştirakçıları olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB