“I am a young businessman” FOTO

“I am a young businessman” FOTO

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) və AR Prezidenti yanında Gənclər Fondu dəstəyi Azərbaycan Dövlət İqtisad Universitetinin Tələbə Gənclər Təşkilatı (ADİU TGT) təşəbbüsü ilə keçirilən "I am a young businessman" layihəsinin yarımfinal mərhələsi keçirilib. ATGTİ-dən SİA-ya verilən məlumata görə, layihəyə 3 iyun tarixində start verilib və 3 həftə ərzində iştirakçılara ekspertlər tərəfindən müxtəlif təlimlər keçirilib. Təlimlər "Business plan overview", "Key marketing concepts. Whowhathow framework", "Financial Analysis. Investment Appraisal", "Financial and Marketing forecasting", "Industry analysis. Competition assessment", "Financial plannig and Budgeting", "Operations. Resources. Risks" mövzularını əhatə edib. Təlimlərə P&G və BP şirkətlərinin nümayəndələri - Elvin Mürsəlov, Nicat İsmayılov, Rəşad Cavanşir kimi məhşur ekspertlər dəvət olunub.

Qeyd edək ki, 17 iyunda keçirilən yarımfinal mərhələsində 24 iştirakçıdan 8-i 27 iyunda keçiriləcək final mərhələsində iştirak hüququ qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə