400 kiloqrama yaxın iməhsul məhv edilib

400 kiloqrama yaxın iməhsul məhv edilib

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti paytaxtda və bölgələrdə növbəti monitorinqlər keçirib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, monitorinqlər zamanı Bakının Nərimanov, Binəqədi rayonlarında, eləcə də Sumqayıt, Göygöl, Kürdəmir, Quba, Tərtərdə ərzaq məhsulları mağazalarında saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb. Ümumilikdə, 400 kiloqrama yaxın saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qeyd edək ki, qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə