Lənkəran Tibb kollecinin 54 məzunu diplom alıb FOTOLAR

Lənkəran Tibb kollecinin 54 məzunu diplom alıb FOTOLAR

17 iyun tibb işçilərinin peşə bayramında Lənkəran tibb kollecini bitirən 54 məzuna diplomlar təqdim olunub. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, məzunlardan 29 nəfəri feldşer, 25 nəfəri isə mama ixtisasına yiyələniblər. Bir nəfər məzuna –Telli Hüseynovaya fərqlənmə diplomu təqdim olunub. Tədbiri giriş sözü ilə kollecin direktoru, tibb üzrə fəlsəfə doktoru, dosent İqbal Əmənullayev acaraq tədbirin əlamətdar bir ilə -ümummilli lider H.Əliyevin 90 illik yubileyinə, görkəmli oftalmoloq alim akademik Zərifə Əliyevanin 90 illik yubileyinə, Azərbaycan Xalq Cumhuriyyətinin 95 iilliyinə, Milli qurtuluşumuzun 20 illiyinə və eyni zamanda Tibb işçiləri gününə təsadüf etdiyi uçun bu günün məzunların yaddaşında daha əlamətdar bir il kimi qalacağını xüsusi vurğulayıb.

Məzunlardan Aysel Vahabova, Telli Hüseynova, Zəhra Əliyeva kollecin pedaqoji kollektivinə, onlarla zəhməti olan, bu çətin peşənin sirlərini öyrədən hər kəsə dərin minnətdarlıqlarını ifadə ediblər.

I kurs tələbələrindən Ramilə Rzayeva, Jalə Əzizova, valideynlərdən Namik Səfərov onlara uğurlu yol arzulayıblar.

Kollecin müəllimi Muradəli Fərəcov məzunları və onların valideynlərini təbrik etdikdən sonra onları Səhiyyə müəssisələrinə işə qəbul qaydaları ilə tanış edıb. Bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 05.09.2012-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın icrasını təmin etmək məqsədilə Səhiyyə Nazirliyinin tabeçiliyində olan səhiyyə müəssisələrinə tibb işçilərinin vakant yerlərə qəbulu mərkəzləşdirilmiş qaydada aparılır.

Sonda Vüsal Nəsirli respublikada yeni iş yerlərinin açılmasından, həmçinin rayonda səhiyyə müəssisələrinin yenidən qurulması və əsaslı təmirindən söz açıb və gənclərə respublikanın ictimai-siyasi həyatında həmişə fəal olmalarını arzulayıb və diplomları məzunlara təqdim edib.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə