Azərbaycanın son illərdəki uğurları ölkəmizin bütün sahələrindəki inkişafı ilə müşahidə olunur. İqtisadi, sosial, mədəni sahələrdə əldə olunan nailiyyətlərə dövlətimizin bu sahələrə ayırdığı diqqət, dövlət büdcəsindən ayrılan maliyə vəsiti, bir sıra Dövlət Proqramlarının yerlərdə tədbiqi, genişmiqyaslı layihələr böyük təkandır.
Qeyd edək ki, bütün sahələrə ayrılan diqqətlə yanaşı elm, təhsil sahəsinə göstərilən qayğı Azərbaycanın dünyaya inteqrasiyası prosesində önəmli faktordur. Prezidenti İlham Əliyevin Azərbaycan elminin inkişafı istiqamətində imzaladığı məlum Sərəncamları elmin maddi-texniki bazasının möhkəmləndirilməsi, alimlərin fəaliyyətinin stimullaşdırılması üçün vacib hesab olunan amillərdir. Belə ki, ölkəmizdə Elmin İnkişaf Fondu yaradılıb. Azərbaycan elminə ayrılan vəsait kifayət qədər artırılıb.
Bu gün Azərbaycanın bölgənin elm mərkəzinə çevrilməsinə böyük elmi potesial mövcuddur. Sözsüz ki, elmin inkişafından danışarkən bu sahənin fədakar insanlarının əməyini vurğulamaq vacibdir. Dövlət tərəfindən belə insanların elmi fəaliyyətinə ayrılan diqqət, dövlət qayğısı onların beyin məhsulunu ortaya qoyur, elmi fəaliyyətlərini stimullaşdırır.
Mütəmadi olaraq elmi axtarışda olan və Azərbaycan elminin inkişafına töhfələrini verən ziyalılardan biri Famil Nəsibovun da ölkəmizdə dövlət tərəfindən elmə olan diqqət elmi potensialının üzə çıxarılmasına stimul vermişdir. Çalışdığı sahənin mütəxəssisi kimi olaraq pilə-pillə əməyi və istedadı ilə elmi dərəcələrə layiq görülmüşdür.
Bu gün haqqında söz açdığımız biologiya elmlər doktoru, professor F.Nəsibovun tərcümeyi-halına yazılan hər bir sətir onun keçdiyi həyat yoludur. 1960-cı ilin iyunun 27-də Ermənistanın Varenis rayonun Əzizli kəndində ziyalı ailəsində dünyaya gələn F.Nəsibov orta təhsilini əla qiymətlərlə başa vurub elə həmin ildə - 1977-ci ildə Azərbaycan Aqrar Universitetinə (Azərbaycan Kənd Təsərrüfatı İnstutuna) daxil olub. 1982-ci ildə həmin institutu müvəffəqiyətlə başa vuraraq elmi və siyasi fəaliyyətinə Azərbaycan Aqrar Universitetində başlayıb.
Çox keçmir ki, 1990-cı ildə Moskva şəhərində namizədlik dissertasiyasını müdafiə edərək bilologiya elmləri namizədi elmi dərəcəsini alır. 1997-ci ildə Ali Attestasiya komissiyası tərəfindən "dossent" elmi adı verilir. Öz üzərində ciddi və tələbkarlıqla çalışan F.Nəsibov Azərbaycandan kənarda 2009-cu ildə Ural Dövlət Baytarlıq Akademiyasında doktorluq dissertasiyasını müdafiə edir. 2011-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında təkrar Atestasiyasından keçərək biologiya elmlər doktoru elmi adını alır.
Hazırda ona doğma və əziz olan, ömrünün gənclik dövrünü elmi axtarışlarda keçirən ocaqda - Azərbaycan Dövlət Aqrar Universitetində Kafedra müdiri vəzifəsində çalışır.
Çalışdığı kollektivdə tələbə, müəllim, professor heyəti arasında nümunəvi bir hörmətə malik şəxsdir. 135 elmi əsərin müəllifi, 5 ixtirası elmi təsdiqini tapmışdır. Elmi fəaliyyətinə görə 2010-cu ildə Kənd Təsərrüfatının Fəxri fərmanı, 2011-ci ildə təhsil nazirinin fəxri fərmanı ilə mükafatlandırılıb. Famil müəllim kollektivdə işlədiyi müddətdə universitetin rəhbərliyi tərəfindən dəfələrlə təşəkkürlər alıb.
O, elmi fəaliyyəti ilə yanaşı, ölkənin ictimai-siyasi həyatında da fəaldır, 1995-ci ildən Yeni Azərbaycan Partiyasının ən fəal siyasi üzvlərindən biridir. Azərbaycanın uğurlu, xoş gələcəyini, təmin edəcək bir partiyanın üzvü olan ziyalı tam əmindir ki, bu təşkilatın başqa alternativ yoxdur və ola da bilməz. Azərbaycanın qurucusu və Yeni Azərbaycan Partiyanın yaradıcısı Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrü tarixi faktlarla təhlil edən F.Nəsibov Azərbaycanın dövlətçilik tarixinə Onun adının qızıl hərflərlə həkk olunduğunu bildirir: "Ümummilli Lider adını qazanan Heydər Əliyevin Azərbaycan tarixinin tam bir qərinəlik dövründə gördüyü nəhəng quruculuq işləri, xilaskarlıq missiyası göz önündə sərgilənir. Azərbaycan dövlətini dünya dövlətləri arasında irəli çıxaran, ölkəmizi parçalanmaq təhlükəsindən xilas edən, respublikamızın inkişafına möhkəm zəmin yaradan məhz Ulu ?ndər Heydər Əliyev olmuşdur. Onun irəli sürdüyü strategiya indiki nəslin gözü önündə reallığa çevrilmişdir. Ölkəmizin bugünkü uğurları, müstəqilliyimizin daha da möhkəmlənməsi Heydər Əliyev yolunun, Ulu Öndərin azərbaycançılıq ideyasının davamıdır. Fenomenal yaddaşa, yüksək intellektə, geniş dünyagörüşünə, aydın təfəkkürə və məntiqə malik Heydər Əliyevin iqtisadiyyat, elm, təhsil, səhiyyə, mədəniyyət və s. vacib sahələrin dünəni, bu günü, gələcəyi ilə bağlı ideyaları son dərəcə önəmli və faydalıdır.
Azərbaycanın bu gün əldə etdiyi uğurlar, beynəlxalq aləmdəki nüfuzu Heydər Əliyevin həyata keçirdiyi siyasət nəticəsində qazanılmışdır. Onun gerçəkləşdirdiyi müdrik və uzaqgörən siyasət ölkəmizin XXI əsrin başlanğıcında regional liderliyini təmin etmişdir. Bu gün Onun müdrik siyasəti İlham Əliyev tərəifndən uğurla davam etdirilir".
Azərbaycan Aqrar Universitetinin keçmiş rektoru hazırda İsmayıllı rayon icra başçısı Mirdamət Sadıxov professor F.Nəsibov haqqında yüksək fikirdədəir. Onun sözlərinə görə, professor elmi fəaliyyəti ilə yanaşı, həm də Yeni Azərbaycan Paprtiyasının ən fəal, siyasi əqidəsinə görə seçilən şəxslərdən biri olduğunu bildirib. Onun üçün Yeni Azərbaycan Partiyası Azərbaycanı yalnız uğurlu gələcəyə aparan bir təşkilatdır. "Yeni Azərbaycan Partiyasının Lideri mənim üçün əvəzolunmaz, ideal Şəxsiyyətdir. Partiyamızın və Liderimizin ətrafında daha da sıx birləşərək qələbəmizi təmin etməklə. Azərbaycanın xoş gələcəyini təmin edəcəyik" - deyir F.Nəsibov.
Professor Famil müəllim siyasi fəaliyyəti dövründə 2003-cü il və 2008-ci il prezident seçkilərində şəxsi siyasi təşəbbüs göstərərək siyasi elitanı, sadə insanları öz arxasınca apararaq təbliğat və təşviqat kampaniyaları təşkil etmiş, Yeni Azərbaycan Partiyasına, onun liderinə siyasi sadiqliyini nümayiş etdirmişdir. Professorun siyasi düşüncəsinə, siyasi əqidəsinə görə belə düşünür: "Hazırda mənə elə bir partiya göstərin ki, onun sıralarında sadə insanlardan tutmuş elm adamlarına qədər bütün təbəqələrə aid olan insanlar bu qədər partiyanı sevsin, ona ürəkdən bağlı olsun. Əməli işlər, siyasi fəaliyyəti ürəkdən gəlsin".
F.Nəsibov siyasi fəaliyyətini bu gün də davam etdirir. Söhbətləri zamanı belə söyləyir: "Bu mənim siyasi düşüncəm, siyasi əqidəm və partiyama bağlılığımdır və başqa cur ola bilməz".
İLHAM
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB