Otel "Mirotel Resort& Spa” sizin beşulduzlu arzunuz

Otel "Mirotel Resort& Spa” sizin beşulduzlu arzunuz

Bu yaxınlarda Ukraynanın beş ulduzlu otellərinin siyahısına biri də əlavə olunub. Sözügedən otel və istirahət kompleksi "Mirotel Resort& Spa" adıyla tanınaraq Truskaveç kurort şəhərində yerləşir. Otelin "Beş ulduzlu" kateqoriyalı olmasını Ukraynanın Turizm və Kurortlar üzrə Dövlət Agentliyi tərəfindən verilmiş sertifikat da təsdiq edir. SİA-nın verdiyi məlumata görə, "Mirotel Resort & Spa" otel və istirahət kompleksinin açılışı 2012-ci ilin yazında baş tutub. Bir il fəaliyyəti dövründə otel komandası baş menecer Yelena Qeraşenkonun rəhbərliyi ilə sübüt edə bilib ki, Ukrayna kurortu hətta ən tələbkar turistə belə, Avropa səviyyəsində müxtəlif xidmətlər və asanlıqla bir sıra servislər təklif edə bilər.

"Biz həmişə qonaqlarımızın istəklərinə və zövqlərinə oxşamaq üçün, yüksək səviyyədə xidmət göstərməyə cəhd edirik və burada otel sənayesinin ən yaxşı nümayəndələrinə üstünlük veririk", - Elena Geraşenko bildirib.

Xatırladaq ki, otel kompleksinə 184 müxtəlif qiymət kateqoriyasına görə nömrələr daxildir (standart otaqlar, luks və apartmentlər). Kompleksin bölünməz hissəsinə çevrilən, 2007-ci ildən fəaliyyət göstərən tibbi və diaqnostik mərkəzi - "Med-Palace" isə qonaqlara istənilən sağlamlıq və gözəllik xidmətləri bəxş edir. Otelin daxilində olan 2 zərif görünüşlü restoran və gecə klubu hər kəsi qonaqpərvərliklə qarşılayır. Lobbi-barın birinci mərtəbəsində günün hər vaxtı aromatlı kofe və çay servisi təklif olunur, həmçinin baş-aşbazın ən ləzzətli və zərif desertlərindən dadmaq mümkündür. Bundan əlavə, burda balaca uşaqların istəkləri də nəzərə alınıb. Belə ki, uşaqların vaxtlarının və istirahətlərinin xoş keçməsi üçün açıq havada iki rəngarəng uşaq otağı və oyun meydançası quraşdırılıb. Hər gün uşaqlar üçün əyləncəli proqramlar təşkil olunur. Kompleksdə həmçinin əlverişli müasir biznes mərkəzi qurulub (böyük konfrans zalı, danışıqlar üçün ayrıca otaq).

Mirotel Resort & Sра otelində müxtəlif şənliklərin - ad günündən tutmuş böyük miqyaslı konfransların keçirilməsi üçün də, gözəl şərait mövcuddur. Şənliyin mövzusuna uyğun olaraq, otelin professional işçi kollektivi müştərinin hər istəyini nəzərə alaraq, ona muxtəlif təkrarolunmaz menu siyahısı təklif edir.

Bütün xəbərlər Facebook səhifəmizdə