Quruculuq işləri davam etdirilir FOTO

Quruculuq işləri davam etdirilir FOTO

Göygöl rayonunda abadlıq və quruculuq işləri yüksələn xətt üzrə davam etdirilir. SİA-nın Qərb bürosunun xəbərinə görə, ümumi rayon üzrə kommunikasiya xətlərinin yer altına salınması prosesi yekunlaşıb. Bundan əlavə küçələr genişləndirilərək daha müasir formaya salınır. Aparılan işlərin digər maraqlı cəhəti isə ondan ibarətdir ki, evlərin dam örtükləri və mənzillərin fasadlarının tarixi keçmişi qorunub.

Hazırda Gəncə-Göygöl rayonun yollarının asfalt örtüyü ilə döşənməsinə başlanılıb. Xüsusən Hacıkənd istirahət mərkəzinə aparan avtomobil yolunda işlərə artıq start verilib. Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, işlərin sentyabr ayına qədər yekunlaşdırılması nəzərdə tutulur.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə