Yeni sayt təqdim olunacaq

Sabah YUNESKO-nun elan etdiyi Seyid Yəhya Bakuvi ili çərçivəsində Seyid Yəhya Şirvani (Bakuvi) saytının www.seyidyahyashirvani.az təqdimatı olacaq. SİA-nın məlumatına görə, təqdimat mərasimində "Avrasiya Beynəlxalq Araşdırmaları İnstitutu" İB-nin sədri Qənirə Paşayeva, Dos.Dr. Mehmet Rıhtım, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin rəhbəri Fariz Xəlilli və digər qonaqlar Seyid Yəhya irsinin təbliği istiqamətində görülən işlər haqqında məlumat verəcəklər. Mərasimdə tanınmış ziyalılar, gənclər, media nümayəndələri iştirak edəcəklər.

Qeyd edək ki, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Avrasiya Beynəlxalq Araşdırmaları İnstitutu" İB, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İB, Azərbaycanda Atatürk Mərkəzi, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı, Gənclər Forumu Avrasiya Regional Mərkəzi, Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti və Türkiyənin Beynəlxalq İnkişaf və Əməkdaşlıq Təşkilatı Seyid Yəhya Bakuvi irsinin tanıdılması və təbliği istiqamətində silsilə tədbirlər hazırlayıb.

Tədbirlər planına uyğun olaraq www.seyidyahyashirvani.az internet səhifəsi hazırlanıb, Azərbaycan dilində əsas məlumatlar yerləşdirilib. Seyid Yəhya Şirvaninin həyatı, əsərləri, silsiləsi və davamçıları bölməsində mütəfəkkir haqqında ən son elmi araşdırmaların nəticələri təqdim edilib. Çox sayda foto və multimedia fayllar işlənilib hazırlanıb..

Bütün xəbərlər Facebook səhifəmizdə