Ana Vətən Partiyasında (AVP) partiyaya yeni üzv qəbul olan qadın və gənclərə üzvlük vəsiqələrinin təqdimetmə mərasimi keçirilib. SİA-ya verilən məlumata görə, vəsiqələri təqdim edən partiyanın sədri Fəzail Ağamalı onları partiya sıralarına qatılmaq münasibətilə təbrik edib və bu yolda onlara uğurlar arzu edib. O, qeyd edib ki, yeni üzvlər ölkənin ictimai-siyasi həyatında, partiyanın gələcək fəaliyyətində yaxından iştirak edəcək və gördükləri işlərlə partiyanın rolunu daha da artıracaqlar.
F.Ağamalı dövlətin həyata keçirdiyi gənclər siyasətindən, onların dövlət siyasətində iştirakı üçün yaradılan imkanlardan bəhs edib.
Daha sonra fəallıqları ilə seçilən Sumqayıt şəhər, Zəngilan, Füzuli, Cəbrayıl, Sabunçu, Səbail, Xətai və Nizami rayon təşkilatlarının sədrlərinə xatirə hədiyyələri təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB