"Azərbaycan AEBA ilə əməkdaşlığa mühüm əhəmiyyət verir"

"Azərbaycan AEBA ilə əməkdaşlığa mühüm əhəmiyyət verir"

"Regionda baş verə biləcək irimiqyaslı nüvə və radioloji qəzalar zamanı əhalinin qorunması, düzgün və vaxtında məlumatlandırılması, radiasiya qəzasına qarşı çevik tədbirlərin görülməsi məqsədilə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin operativ koordinasiya və məlumatlandırma qurumu olan Hadisə və Qəza Mərkəzinin xidmətlərindən ölkədə istifadə olunması barədə Azərbaycan tərəfindən irəli sürdüyü təklif müsbət qiymətləndirilib". SİA-nın məlumatına görə, bunu fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə Ombudsmanların XI Bakı Beynəlxalq Konfransında çıxışı zamanı deyib.

Nazir müavini bildirib ki, həmin Mərkəzin xidmət sisteminə qoşulmaq üçün Azərbaycanda milli səlahiyyətli orqan kimi Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi, Milli Xəbərdarlıq Məntəqəsi kimi isə Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi təyin edilib.

Onun sözlərinə görə, Azərbaycan irimiqyaslı nüvə və radioloji qəzalara yalnız müəssisə və ya təşkilat səviyyəsində cavabvermə tədbirləri kifayət etmədiyindən ölkədə radioloji qəza hazırlığı səviyyəsini yüksəldilməsində Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlığa mühüm əhəmiyyət verir.

Bütün xəbərlər Facebook səhifəmizdə