Qubaya turist axını

Həm daxili, həm də xarici turistlərin ən çox üz tutduğu məkanlardan biri də Quba rayonudur. Füsunkar təbiətinə, tarixi memarlıq və qədim abidələrinə görə, Quba böyük turizm potensialına malikdir. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, son iki gündə Qubada turistlərin sayı yüksək həddə çatıb. Qubanın bir neçə yaşayış məntəqəsində, o cümlədən məşhur Xınalıq kəndində də turistlərin fərdi evlərdə dincəlməsi, kənd həyatı ilə yaxından tanış olması üçün müvafiq şərait yaradılıb. Yay mövsümü ərzində Qubaya gələn turistlər həm müasir tipli turizm mərkəzlərində, həm fərdi mənzillərdə, həm də əsrarəngiz təbiətin qoynunda qurulan çadırlarda istirahət edə biləcəklər.

Qeyd edək ki, turistlərinin sayının çoxluğu təbiət qoynunda və çay kənarlarında çadır turizminin yayılmasına şərait yaradır.

Emin Kərimov

Bütün xəbərlər Facebook səhifəmizdə