Azərbaycan Xalq Cümhuriyyətinin və Ordumuzun 95 illik yubileyi münasibəti ilə Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin və Gövhər Qrupun dəvəti ilə ilk dəfə olaraq türk sənətçisi Mustafa Yıldızdoğan Azərbaycana gələcək. SİA-nın məlumatına görə, iyunun 21-də Bakıya gələcək sənətçi "Qarabağdan Anadoluya könül körpüsü" adlı layihə çərçivəsində cəbhədə qulluq edən əsgər və hərbiçilərimiz qarşısında konsert proqramı ilə çıxış edəcək. Müğənni həmçinin cəbhə bölgəsi olan Tərtər rayonunda yerli sakinlər, eyni zamanda qaçqın və məcburi köçkünlərimiz qarşısında çıxış edəcək. İyunun 22-də isə Mustafa Yıldızdoğanın Dövlət Filarmoniyasında geniş konsert proqramı nəzərdə tutulub. Konsert Milli qəhrəman, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və onların ailələri üçün Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB və Gövhər Qrup tərəfindən pulsuz təşkil olunub və xeyriyyə xarakteri daşıyır.
Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva bildirib ki, Mustafa Yıldızdoğan bu konserti verməyə mənəvi haqqı olan sənətçilərdən biridir: "Çünki o, İstanbulda, Taksim meydanında "Xocalıya Ədalət" şüarı altında keçirilən böyük mitinqə qatılan az sayda sənətçilərdən biri olmaqla yanaşı, bu mövzuda fikirlərini açıq şəkildə söyləyən dəyərli bir insandır. O, bir millət, iki dövlət düşüncəsində olan bir sənətkardır və Azərbaycana qarşı hər zaman böyük sevgi ilə çıxış edir".
Qeyd edək ki, Mustafa Yıldızdoğan Azərbaycana 5 günlük səfəri çərçivəsində Şəhidlər Xiyabanı, Fəxri Xiyaban, Türk Şəhidliyi, Xocalı Soyqırımı abidələrini ziyarət edəcək, Bakı ilə yaxından tanış olacaq və televiziya proqramlarınının qonağı olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB