17 iyun Tibb işçilərinin peşə bayramı münasibətilə Şəmkir rayon İcra Hakimiyyəti Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatı və rayon Səhiyyə şöbəsinin birgə təşəbbüsü ilə Şəmkir rayon Mərkəzi xəstəxanasında tədbir keçirilib. SİA-nın məlumatıan görə, tədbirdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, YAP Şəmkir rayon təşkilatı sədrinin müavini, Şəmkir rayon Mərkəzi xəstəxanasının baş həkimi Nürəddin Əhmədov və rayon Səhiyyə şöbəsinin işçiləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə YAP Şəmkir rayon təşkilatı sədrinin müavini, Şəmkir rayon Mərkəzi xəstəxanasının baş həkimi Nürəddin Əhmədov açaraq geniş məruzə ilə çıxış edib. N.Əhmədov çıxışında bildirib ki, Tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində bir sıra işlər görülüb: "Belə ki, tibb müəssisələrinin əksəriyyətinə müasir tələblərə cavab verən invertar və avadanlıqlar verilib. Tibbi xidmət üçün çox vacib olan və uzun illər əldə edə bilmədiyimiz süni tənəffüs aparatları, kompüter tərkibli elektrokardi-oqraf, exokardioqraf, doplersonoqraf, ulturasəslə müayinə aparatları, labarator analizatorlar, Yaponiya istehsalı olan "Pentaks fibroqastro-skopu", neyrozpektor və bir sıra yeni avadanlıqlar tibb müəssisələrinə verilib. Doğum evində quraşdırılmış "Küveys" aparatı travma ilə yeni doğulmuşların müalicəsi üçün əvəzedilməzdir. Qanın Ozono və Plazmofarez terapiyası bu gün Mərkəzi Xəstəxanada müvəffəqiyyət- lə icra olunur. Fəxrlə deyə bilərəm ki, bu gün Mərkəzi xəstəxanaya müraciət etmiş xəstələr ən müasir müayinə diaqnostik metodlarından keçirildiyinə görə, onların başqa şəhərlərə göndərilməsinə ehtiyac qalmır".
N.Əhmədov eyni zamanda qeyd edib ki, hesabat ilində Səhiyyə ocağında müəyyən işlər görülüb: "Hələ görüləsi işlərimiz çox, gələcək planlarımız daha böyükdür. Sizi əmin edirəm ki, dövlətimizin qayğısına cavab olaraq tibb işçiləri bundan sonra da rayonun ictimai-siyasi həyatında daha fəal olacaq, əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətini daha da yaxşılaşdıracaq, qarşıdan gələn Prezident seçkilərində cənab Prezident İlham Əliyevin namizədliyini yetdilliklə dəstəkləyəcək, onun qələbə çalması üçün əllərindən gələni edəcəklər".
Daha sonra Şəmkir rayon Mərkəzi xəstəxanasının baş həkiminin müavini Abdulla Rzayev çıxış edərək bildirib ki, insan üçün çox qiymətli olan, lakin çox vaxt qayğısına qalmadığı ən böyük sərvət sağlamlıqdır. İnsan sağlamlığının keşiyində isə tibb işçiləri durur: "Azərbaycanda tibbin inkişafı daha çox XX əsrlə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra həyata keçirilən sosial-mədəni tədbirlərdən biri də sağlamlığın mühafizəsi ilə bağlı idi. İndi Azərbaycanda öz sənətinin sirlərinə dərindən bələd olan, insanların sağlamlığının keşiyində duran minlərlə səhiyyə işçisi var. Azərbaycan Respublikasının Ümummilli lideri Heydər Əliyevin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin yaradılmasını nəzərə alaraq Tibb işçilərinin peşə bayramı gününün təsis edilməsi haqqında 4 iyun 2001-ci il tarixli sərəncamına əsasən, hər il 17 iyun Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Bu münasibətlə bütün Səhiyyə işçilərini təbrik edir, onlara uzun ömür, can sağlığı və işlərində uğurlar arzulayıram".
Sonra çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev qeyd edib ki, artıq 11-ci ildir ki, Azərbaycanda səhiyyə işçilərinin peşə bayramı qeyd olunur: "Bu bayramı səhiyyə işçilərinə Ulu öndərimiz Heydər Əliyev 2001-ci ildə imzaladığı sərəncamla bəxş edib. Səhiyyə işçilərinin bayramı Azərbaycan Demokratik Respublikasında Səhiyyə Nazirliyinin yarandığı günə təsadüf edir. Ona görə də bu gün peşə bayramımız kimi qeyd olunur".
Fəxrəddin Vəliyev öz çıxışında həmçinin ölkə başçısının diqqət və qayğısı nəticəsində son dövrlərdə ölkə iqtisadiyyatının inkişafından, strateji xəttimiz olan valyuta ehtiyatlarımızın artmasından, ölkəmizin son dövrlərdə mötəbər təbirlərdəki əhəmiyyətli iştiraklarından, Azərbaycanın donor ölkəsində çevrilməsindən, "Evrovision 2012-mahnı müsabiqəsi"-nin ölkəmizdə uğurla keçirilməsindən danışıb.
Azərbaycan səhiyyəsinin beynəlxalq əlaqələrinin də genişləndiyini bildirən Fəxrəddin Vəliyev ötən il Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin 61-ci sessiyasının Azərbaycanda keçirilməsindən, Dövlət Proqramlarının tətbiqindən, kadr hazırlığı, kadr potensialının artırılması istiqamətində görülən işlərdən danışıb.
Qeyd edək ki, tədbirin sonunda 17 iyun Tibb işçilərinin peşə bayramı münasibətilə tibb işçiləri YAP Şəmkir rayon təşkilatı tərəfindən fəxri fərmanlar və qiymətli hədiyyələrlə təltif olunublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB