Elşən Musayev: “İbrahimbəyov anlamır ki, turneyə siyasətçilər deyil, müğənnilər çıxır”
"Radikal müxalifət nümayəndələri arasında verdiyi sözün sahibi olacaq, o sözü tutacaq adam demə heç yoxmuş. Həmişə hansısa formada mövzudan yayınmağı bacarırlar, həmişə bəhanələri üzərlərindədir. Eyni zamanda anlamırlar ki, cəsarəti, kəsəri, dilçəyi olmayan siyasətçinin sanbalından, xarizmasından, qəhrəmanlığından da əsla və əsla söhbət gedə bilməz". SİA-nın verdiyi məlumata görə, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev "Milli Şura"nın sədri Rüstəm İbrahimbəyovun Azərbaycana qayıdışı ilə bağlı verdiyi açıqlamaya münasibət bildirərkən söyləyib.
Partiya sədri daha sonra bunları bildirib: "Əvvəl deyirdi, mayın sonu Bakıdayam. Sonra bu tarix dəyişib oldu iyunun əvvəli, daha sonra axırı. İndi də deyir, bu qayıdış iyulun ilk ongunlüyünə qədər uzana bilər. Maraqlıdır, deyilmi? Həm də necə! 74 yaşlı rejissor sözün əsl mənasında ətrafındakı zavallıları barmağına dolayıb. Əsaslandırması da budur ki, xaricdən dəstək almağa getmişəm. Amerikadakı görüşlərim sona yetib, bir az da Avropa və Türkiyədə bir-iki dövrə vurum, dərhal qayıdacam. Burdakı təəssübkeşlər də məsum-məsum ağalarını gözləyir ki, görək hansı konqresmenin ağzından nə müjdə gətirəcək. Görək hansı maliyyə donoru hesaba nə qədər pul yatıracaq. Görək bu seçkinin ən son dəbi nə olacaq, narıncıdan sonra hansı rəngə sarılacağıq?
İbrahimbəyovun dünənki açıqlamasında digər diqqət çəkən məqam bilirsinizmi nədir? –Turne məsələsi. Adam beləcə də deyib: "Sabahdan etibarən Türkiyə və Avropa ölkələrinə turneyə çıxıram". Səfərə yox ha, türneyə! Təsəvvür edirsinizmi? Bu insan hələ də incəsənət jarqonu ilə danışır. Hələ də fərqində deyil ki, özünü hansı sahəyə transfer edib, harda necə danışmaq lazımdır, siyasi meydanının rejissor otağından fərqi nədir və ən nəhayət siyasətçilər Madonna kimi, Kabzon kimi turnelərə deyil, səfərlərə, rəsmi görüşlərə, protokol tədbirlərinə gedirlər. Hətta bu dediklərim rəsmi xarakter daşımadıqda belə turne, festival, qastrol adlanmır.
Odur ki, birmənalı şəkildə deyirəm: Kimsə qayıdış-filan gözləməsin. İnsan durub dururkən 74 yaşında qəhrəman ola bilməz! Sata-sata gələnlərin xisləti qəhrəmanlıq üçün keçərli deyil. Özünü buralara qədər biabır etdi, yetər. Bundan artığına lüzum yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB