Bu gün Dənizkənarı Milli Parkda 15 iyun - "Milli Qurtuluş Günü" münasibətilə "Əbədi qurtuluş" adlı bayram konserti və möhtəşəm atəşfəşanlıq təşkil olub. SİA-nın məlumatına görə, bir neçə saat davam edən konsertdə şəhərimizin minlərlə sakini və paytaxtımızın qonaqları respublikamızın tanınmış incəsənət ustalarının çıxışlarını böyük maraqla dinləyib, gözəl rəqslərə tamaşa ediblər.
Milli Parka toplaşanlar məhz Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə inkişaf edən, gözəlləşən və Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu iqtisadi siyasət nəticəsində son vaxtlar getdikcə yeni görkəm alan doğma Bakımızın səmasını al-əlvan rənglərə boyayan bayram atəşfəşanlığını seyr ediblər.
Qeyd edək ki, konsert proqramı Bakı Şəhər İcra Hakimiyyəti və "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB