Laçın rayon İcra Hakimiyyətində 15 İyun- Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, yığıncağa rayon icra hakimiyyətinin və hüquq-mühafizə orqanlarının nümayəndələri qatılıblar. İştirakçılar Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər güllər düzüblər.
Tədbirdə çıxış edən rayon rəhbəri Akif Səlimov bildirib ki, Heydər Əliyev Azərbaycanı məhv olmaqdan, xalqı isə düçar olduğu bəlalardan xilas etmək üçün 1993-cü ilin iyun ayının 15-də xalqın istəyi ilə Bakıya qayıtdı. Bu qayıdış ölkəmiz üçün əlamətdar hadisələrdən biri kimi tarixə yazıldı. Çıxışdan sonra bayram konsert proqramı ilə davam etdirilib.
Qeyd edək ki, rayon mədəniyyət evinin incəsənət xadimlərinin hazırladığı rəngarəng musiqi nömrələri ilə davam edən bayram konserti möhtəşəm atəşfəşanlıqla başa çatıb.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB