Astarada Milli QHT Forumunun iştirakı ilə tədbir keçirilib FOTOLAR
Astara rayonunda Azərbaycan Milli QHT Forumunun iştirakı ilə "Narkomanlığa və narkobiznesə qarşı mübarizədə ictimaiyyətin və QHT-lərin rolunun artırılması" mövzusunda tədbir keçirilib. SİA-nın Cənub bürosunun məlumata görə, rayonun QHT nümayəndələri, ziyalıları, gənclərin iştirakı ilə Gənclər evində keçirilən tədbiri giriş sözü ilə RİH başçısının müavini Xanverdi Şirinov açıb. Bildirib ki, aktual bir mövzuda keçirilən tədbirin əhəmiyyətindən, bununla əlaqədar rayonda görülən işlərdən danışıb. Qeyd edib ki, ölkə Prezidentinin fərmanı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının qanunsuz dövriyyəsinə və narkomanlığın yayılması ilə mübarizə üzrə Ümummilli Proqram"dan irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar Astara rayon İcra Hakimiyyəti başçısı yanında "Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə komissiyası" yaradılıb.
Komissiya aidiyyatı təşkilatlarla birlikdə narkomaniyanı, narkotik maddələrdən qanunsuz istifadə olunmasını, onların ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində əməli tədbirlər həyata keçirməklə gənclər arasında təbliğat və izahat işlərinin aparılmasına daim diqqət yetirir.
Mütəmadi olaraq keçirilən "Astara gəncləri ağ ölümə yox deyir", "Narkomaniya-uçuruma aparan yol", "Narkomansız Azərbaycan ", "Sağlam həyat tərzi" və digər adlarla keçirilən seminarlar, inşa və rəsm müsabiqələr həmişə maraqla qarşılanıb.
Tədbirdə çıxış edən Azərbaycan Milli QHT Forumunun prezidenti, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının üzvü Rauf Zeyni, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun rəhbər müavini Vasif Quliyev narkomanlığa və narkobiznesə qarşı mübarizədə ictimaiyyətin və QHT-lərin iştirakının böyük əhəmiyyət kəsb etdiyini, məhz bunların qarşılıqlı əlaqəli fəaliyyəti ilə bu sahədə ölkədə müsbət nəticələrin əldə edildiyini qeyd ediblər.
Rayon Gənclər İdman İdarəsinin rəisi Ərçə Əliyev, rayon Təhsil şöbəsi müdirinin müavini Faiq Həsənov, rayon Veteranlar Şurasının sədri Rafiq Əliyev, rayon Ağsaqqallar Şurasının sədri Hamlet Əliyev tədbirdə çıxış edərək müzakirə olunan mövzunun aktuallığı və bu istiqamətdə rayonda görülən işlər barədə fikirlərini söyləyiblər.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB