Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstəriş və tövsiyələrinə əsasən, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov nazirliyin Muğan Regional Mərkəzinin Salyan şəhərində yerləşən inzibati binasında vətəndaşları qəbul edib.
Qəbulda Şirvan şəhərinin, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Saatlı, Biləsuvar və İmişli rayonlarının sakinləri iştirak ediblər.
Nazir tərəfindən qəbul edilən 65 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.
Bundan əlavə, kadr məsələləri ilə bağlı 140, digər məsələlərlə bağlı müraciət etmiş 200-ə qədər vətəndaş nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri tərəfindən qəbul olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB