15 İyun Milli Qurtuluş Günü münasibəti ilə Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatının və Samux rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 3-13 iyun 2013-cü il tarixlərdə bələdiyyə komandaları arasında futbol üzrə Samux rayon kubok yarışı keçirilib. SİA-ya verilən məlumata görə, kubok uğrunda yarışa rayonun kənd və qəsəbələrindən 8 komanda mübarizə aparıb. Bütün oyunlar Ağasıbəyli kənd stadionunda Azərbaycan Futbol Federasiyası Assosiasiyasının hakimləri tərəfindən idarə edilib. Final oyunu 13 İyun 2013-cü il tarixdə Aşağı Ağasıbəyli komandası və Zazalı komandaları arasında keçirilib. 3:1 hesabı ilə qalib gələn Ağasıbəyli komandası rayon rəhbərliyi və YAP Samux rayon təşkilatı tərəfindən diplom, medal və kubokla təltif olunublar.
Qeyd edək ki, final oyunu regional Kəpəz TV və AzTV kanalları tərəfindən işıqlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB