Yol polisi reyd keçirib

Bərdədə Dövlət Yol Polis bölməsinin əməkdaşları növbəti dəfə reyd keçirib. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, reydin keçirilməsində əsas məqsəd avtomobillərin idarə edilməsində sürücülərin yol verdiyi qanun pozuntularını aşkar etmək olub. Polis əməkdaşlarının hədəfinə bu dəfə əsasən avtomobili sənədsiz idarə edən və texniki baxışdan keçməyən sürücülər tuş gəlib.

Reyd zamanı polisin saxla əmrinə tabe olmayan, hətta müqavimət göstərən sürücülərə də rast gəlinib.

Saxlanılanlar içərisində avtomobilini texniki baxışdan keçməyənlərlə yanaşı, tələb olunan texniki şərtlərə cavab verməyən, dövlət nömrə nişanı açılan və avtomobilə əlavə vasitələr quraşdıran sürücülər də aşkar edilib.

Qeyd edək ki, ictimaiyyətin və medianın dəstəyi ilə yol polisinin apardığı reydlər davam etdiriləcək.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə