Azərbaycan Milli QHT Forumu və Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun birgə təşkilatçılığı ilə 13-14 iyun 2013-cü il tarixlərində Cəlilabad və Astara rayonlarında "Narkomanlığa və narkobiznesə qarşı mübarizədə ictimaiyyətin və QHT-lərin rolunun artırılması" adlı tədbir keçirilib. SİA-ya verilən məlumata görə, Cəlilabad rayon İcra Hakimiyyəti başçısının I müavini Asif Əzizov və Astara Rayon İcra Hakimiyyəti başçısının I müavini Allahverən Mahmudov qonaqları və tədbir iştirakçılarını salamlayıb və tədbirin mahiyyəti və əhəmiyyəti haqqında məlumat verib. Milli QHT Forumunun prezidenti Rauf Zeyni bu tədbirin keçirilməsinə dəstək verdiyinə görə, Azərbaycan Respublikası Baş Nazirin müavini, Narkomaniya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının rəhbəri Əli Həsənova, NMDK İşçi Qrupunun rəhbəri Məzahir Əliyevə, Cəlilabad rayon İcra Hakimiyyəti başçısı Əziz Əzizova, Astara rayon İH başçısı Qəzənfər Ağayevə öz minnətdarlığını bildirib. MQF-nin prezidenti bildirib ki, "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram" (2007-2012-ci illər) uğurla həyata keçirilir və QHT-lər də bu proqramın həyata keçirilməsində aktiv iştirak edir. Bundan sonra da geniş ictimaiyyətin bu bəşəri bəla ilə mübarizəyə cəlb olunması çox vacibdir. O, qeyd edib ki, vətəndaş cəmiyyəti, bələdiyyələr, dövlət qurumları, hüquq-mühafizə orqanları ilə birgə əməkdaşlığın edilməsi ölkədə və regionlarda narkomaniyanın qarşısının alınmasına töhfə ola bilər.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbər müavini Vasif Quliyev NMDK-nın və İşçi Qrupunun fəaliyyəti haqqında rayon ictimaiyyətinə geniş məlumat verib. Dövlət Proqramlarının bundan sonra da uğurla həyata keçirəcəkləri haqqında fikirlərlərini bildirib və QHT-lər tərəfindən regionlarda belə tədbirlərin keçirilməsinin çox böyük əhəmiyyəti olduğunu vurğulayıb: "Cəlilabad və Astarada keçirilmiş tədbirin əsas məqsədi narkomanlığın qarşısının alınmasına yönəlib. Yerli qurumların, hüquq mühafizə orqanlarının fəaliyyətinin lazımi istiqamətdə gücləndirilməsi əsas istiqamətlərdən biridir. Eyni zamanda Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları və bu sərəncamdan irəli gələrək qanunun icrasını rəhbər tutaraq narkomanlığın qarşısının alınmasında ictimaiyyətin, dini qurumların və digər orqanların fəaliyyəti daha da genişləndirilməlidir. Cənab Prezidentin 2007-2012-ci illəri əhatə edən "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqramı" çərçivəsində aidiyyatı nazirlik, komissiya və digər qurumlar tərəfindən bu sahədə tədbirlər həyata keçirilib. və ümidvarıq ki, bundan sonra da bu fəaliyyət daha mükəmməl şəkildə həyata keçiriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB