"Son günlər ölkənin bəzi rayonlarına yağan leysan yağışları əkinçilik sahəsinə ziyan vursa da, bu, ümumi məhsuldarlığa ciddi təsir etməyəcək". SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, bunu Qubada jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri İsmət Abasov deyib.
Onun sözlərinə görə, bu il məhsuldarlıq ötən illə müqayisədə 6-7 % çox olacaq. Bölgədə emal müəssisələrinin yaradılması məsələsinə də toxunan nazir bildirib ki, 2014-cü ilin sonunadək yeni müəssisələrin açılması nəzərdə tutulub.
Xatırladaq ki, İsmət Abasov Şimal bölgəsində vətəndaşlar üçün açıq qəbul keçirib. Qəbul zamanı 6 rayondan 60-dan artıq vətəndaşın şikayəti dinlənilib. Şikayətlər arasında texnika çatışmazlığı, suvarma suyunun olmaması və dərman preparatlarının keyfiyyətsizliyi çoxluq təşkil edib.
Qeyd edək ki, dinlənilən şikayətlərin bir hissəsi yerində həll edilib, digər hissəsi isə tədbir görülməsi üçün nəzarətə götürülüb. İsmət Abasov həmçinin Qubada bir sıra təsərrüfatlara da baxış keçirib, fermerlərə tövsiyələrini verib.
Emin Kərimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB