ANAMA-da görüş keçirilib

İsveçrə Konfederasiyasının Türkiyə Respublikasındakı hərbi attaşesi polkovnik leytenant Mişel Rosser ANAMA-ya səfər edib. Səfər zamanı o, ANAMA-nın Füzuli, Göygöl bazaları ilə, eləcə də Tərtər rayonunda aparılan əməliyyatlarla tanış olub və ona Təlim, Tədqiqat və Keyfiyyətə Təminat (TTKT) Qurumu rəhbəri tərəfindən Agentliyin fəaliyyəti ilə bağlı prezintasiya təqdim edilib.

ANAMA-dan SİA-ya verilən məlumata görə, səfərin məqsədi ANAMA-nın fəaliyyəti ilə yaxından tanış olmaq habelə İsveçrə tərəfindən pay edilmiş mina və partlamamış hərbi sursat (PHS) zərərsizləşdirilməsi üçün nəzərdə tutulmuş SM-EOD sisteminin monitorinqini aparmaq idi.

13 iyun 2013-cü il tarixdə polkovnik leytenant Rosser ANAMA baş ofisində Agentliyin direktoru Nazim İsmayılovla ikitərəfli görüşdə iştirak edib. Görüş zamanı minatəmizləmə fəaliyyəti sahəsində yeniliklər, həyata keçiriləcək gələcək planlar və əlavə SM-EOD sistemlərinin alınması barədə müzakirələr aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə