Bakıda Gənclərin beynəlxalq konfransı keçirilir

Bakıda Gənclərin beynəlxalq konfransı keçirilir

Bu gün Bakıda Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Gənc liderlərin formalaşmasında şəxsiyyətlərin rolu " mövzusunda beynəlxalq konfrans keçirilib. SİA-nın məlumatına görə, beynəlxalq konfransda Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikası Gənclər Fondunun sədri Fərhad Hacıyev, keçmiş SSRİ Nazirlər Sovetinin birinci müavini Vladimir Sergey Uxov, Meksikanın Azərbaycandakı səfiri Duenas Pulido, Ukrayna Sosial Elmlər üzrə Heydər Əliyev İnstitutunun direktoru Bidzura İvan Pavloviç o, cümlədən Yunanıstan Diplomatiya və Qlobal İnstitutunun direktoru Andreas Andrianopoulos iştirak edib.

Tədbirdə çıxış edən İntiqam Babayev qeyd edib ki, hər bir dövlətin və millətin formalaşmasında şəxsiyyətlərin böyük rolu olur: "Bu gün müasir Azərbaycan cəmiyyətinin mövcud olmasında böyük şəxsiyyət Heydər Əliyevin xidmətləri danılmazdır. Ulu Öndər daim Azərbaycanda gənc liderlərin formalaşması istiqamətində ciddi tədbirlər həyata keçirib. Məhz Ümummilli liderimizin fəaliyyətinin nəticəsidir ki, bu gün ölkəmizdə gənclər daha fəaldır. Ulu Öndər yenidən hakimiyyətə qayıtdıqdan sonra bir çox sahələrə olduğu kimi, gənclərin yetişməsində də diqqətini artırdı. Elə bunun nəticəsidir ki, bu gün ölkəmizin müxtəlif sahələrində gənclər çalışır. Bununla yanaşı gənc liderlərimiz tək ölkə daxilində deyil, beynəlxalq arenada da böyük nüfuza malikdirlər. Bu gün gənclər siyasəti prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir".

Daha sonra keçmiş SSRİ Nazirlər Sovetinin birinci müavini Vladimir Sergey Uxov Ümummilli liderin böyük siyasi bacarığa malik lider olduğunu qeyd etdi. Tədbir gənclərin və xarici qonaqların disskusiya şəraitində davam etdi.

Bütün xəbərlər Facebook səhifəmizdə