Qadınlarının IV Qurultayı başlayıb

Qadınlarının IV Qurultayı başlayıb

Bakıda Azərbaycan Respublikası Qadınlarının IV Qurultayı keçirilir. SİA-nın xəbərinə görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən qurultay "İnkişaf naminə birlik" devizi altında təşkil olunub.

Qurultayın məqsədi qadınların hüquq bərabərliyi, iqtisadi, ictimai, sosial-mədəni, tərəqqi işində onların geniş şəkildə təmsil olunmasını, gender bərabərliyinin təmin edilməsində qadınların rolunu gücləndirməkdən ibarətdir. Qurultayda Azərbaycanın bütün şəhər və rayonlarından seçilmiş 2000-ə qədər nümayəndə, xarici ölkələrin, dövlət və hökumət orqanlarının, qeyri-hökumət təşkilatının nümayəndələri iştirak edir. Qurultayda işçi orqanlarının tərkibinə, Katiblik komissiyasına, Mandat komissiyasına və Redaksiya komissiyasına üzvlər seçiləcək.

Qurultay nümayəndələri adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, BMT-yə, Avropa Şurasına və digər nüfuzlu beynəlxalq təşkilatlara müraciət ünvanlanacaq, qurultayın qətnaməsi qəbul olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə