Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi və Bakı Slavyan Universiteti Tələbə Gənclər Təşkilatının (BSU TGT) təşəbbüsü ilə ali təhsil müəssisələrinin tələbələri arasında "I Ecological" intellektual oyununa start verir.
ATGTİ-dən SİA-ya verilən məlumata görə, tələbələrin ekoloji bilik və bacarıqlarının yoxlanması məqsədini daşıyan bu layihə 17 iyun "Səhralaşma və quraqlığa qarşı ümümdünya mübarizə günü" münasibəti ilə həyata keçiriləcək.
Layihədə 20-yə yaxın müxtəlif ali təhsil müəssisəsinin komandalarının iştirakı nəzərdə tutulub.
Qeyd edək ki, "I Ecological" intellektual oyunu qalibləri diplom və müxtəlif qiymətli hədiyyələrlə təltif olunacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB