“Ermənilər narkotik satışından gələn vəsaitə silah-sursat alır” AÇIQLAMA

“Ermənilər narkotik satışından gələn vəsaitə silah-sursat alır” AÇIQLAMA

"Ermənistan rəhbərliyi işğal etdikləri Azərbaycan ərazilərində narkotik bitkilər yetişdirir, onların emalı ilə məşğul olur və xarici ölkələrə qanunsuz dövriyyəsini təşkil edirlər. Onlar Dağlıq Qarabağda 20 ildir ki, külli miqdarda narkotik vasitələr yetişdirilir və bunun satışından əldə olunan vəsait ilə silah-sursat alırlar. Çünki işğal olunmuş ərazidə iri terror dəstələri hazırlanır və bu dəstələrdən müxtəlif ölkələrdə istifadə olunur".

SİA-nın verdiyi məlumata görə, bu fikirləri baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov bildirib.

Baş nazirin müavini qeyd edib ki, əsasən narkotik vasitələrdən əldə olunan vəsaitlər ilə Dağlıq Qarabağda iri terror şəbəkəsi yaradılıb, onlara kütləvi təlimlər keçirilir və dünyanın bütün konflikt zonalarına buradan terror dəstələri, terrorçular göndərilir.

"Ən əsası da odur ki, bu faktlar bizim tərəfdən öz təsdiqini tapıb. Baxmayaraq ki, bu barədə dəfələrlə Azərbaycan dövləti, Azərbaycan prezidenti lazımı yerlərdə məsələ qaldırıb, amma təəssüflər olsun ki, buna heç bir reaksiya verilməyib, tədbir görülmür. Biz müraciət etdik ki, BMT-nin hesabatına Dağlıq Qarabağdan keçən narkomarşrut əlavə olunsun, amma etmədilər. Bu da bir daha göstərir ki, dünyada olan narkomafiya necə dünyanın bir çox bölgələrində dəstəklənir, Dağlıq Qarabağda da o şəkildə dəstəklənir", deyə Ə.Həsənov bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə