“Atilla XXI” elmi-ədəbi jurnalının təqdimat mərasimi keçirilib

“Atilla XXI” elmi-ədəbi jurnalının təqdimat mərasimi keçirilib

Bu gün "Atilla XXI" elmi-ədəbi jurnalının Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan xüsusi buraxılışının təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə bir sıra tanınmış pedoqoqlar, şair və yazıçılar iştirak edib.

Giriş sözü ilə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti Elçin Əhmədov Ulu Öndər Heydər Əliyevin həyat fəaliyyətindən söz açıb: "Azərbaycanın bugünkü inkişafı Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün ölkəmizdə əldə olunan bütün nailiyyətlər Ulu Öndərin yeritdiyi siyasətin dövlət başçısı tərəfindən layiqincə davam etdirilməsinin nəticəsidir".

Daha sonra çıxış edən jurnalın baş rekaktoru Gülşən Behbud və digərləri Ulu Öndərin mətbuata, orduya olan qayğısından danışıblar.

Xatırladaq ki, türk dünyasının qəhrəmanı Atillanın adını daşıyan jurnalda Ümummilli lider Heydər Əliyev və milli qəhrəman İbad Hüseynov haqqında məlumatlar dərc olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə