Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərini 15 iyun "Milli Qurtuluş günü" münasibəti ilə Milli Parkda bayram konserti və atəşfəşanlığı seyr etməyə dəvət edir.
Bakı Şəhər İcra Hakimiyyətinin SİA-ya verdiyi xəbərə görə, müstəqil Azərbaycan Respublikasının qurucusu, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtmasının 20-ci ildönümü ilə əlaqədar Dənizkənarı Milli Parkda konsert proqramı keçiriləcək.
Qeyd edək ki, saat 21:00-da Saat Qülləsinin yanında tanınmış müğənnilərin iştirakı ilə keçirilən möhtəşəm konsert proqramı sonda atəşfəşanlıqla yekunlaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB