"Azadlıq" radiosunun əməkdaşı Xədicə İsmayılovanın "Səs" qəzetinə qarşı qaldırdığı məhkəmə iddiası bu dəfə də təmin olunmadı. Belə ki, Appelyasiya məhkəməsi Səbail rayon məhkəməsinin qərarını qüvvədə saxlayaraq İsmayılova Xədicə Rövşən qızının "Səs" qəzeti redaksiyasına qarşı şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi və mənəvi zərərin ödənilməməsinə dair iddiasının təmin edilməməsi barədə qərar qəbul edib.
Maraqlı məqamlardan biri də budur ki, X.İsmayılova cəmiyyətdə "söz azadlığı uğrunda mübariz insan" imicini sərgiləməyə çalışsa da, "Səs" qəzetində yazılan məqalələrə qarşı fərdi mövqeyini ortaya qoyub. Bununla da sübut olunub ki, X.İsmayılova heç də sözügedən imicə layiq ola biləcək şəxs deyil. O, söz və ifadə azadlığına qarşı dözümsüzlüyünü "Səs" qəzetinə qarşı qərəzli davranışları ilə təsdiq etdi. Lakin ədalət növbəti dəfə haqlı olan tərəfin yanında oldu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB