Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Azərbaycan Tələbələr Şəbəkəsi (Azerbaijan Student Network) və Dünya İqtisadi Forumunun (Davos Forumu) Qlobal Gənclər Birliyinin (Global Shapers Community) Bakı nümayəndəliyi Azərbaycanda bilik mənbəyi olan kitabları qorumaq, təbliğini aparmaq və gələcək nəsillərə çatdırmaq məqsədilə "Açıq rəf" layihəsini həyata keçirir. Gənclər Fondundan SİA-ya verilən məlumata görə, layihənin əsas məqsədi gənclərin diqqətini ədəbiyyata cəlb etmək, yeni nəsildə kitab oxumağa həvəsi artırmaq, eləcə də ölkədə yaşayan xarici vətəndaşları Azərbaycan haqqında kitab vasitəsilə məlumatlandırmaqdır. Rəfin prinsipinə görə oxucular buradan əldə etdikləri kitabları ya geri qaytarmalı, ya da əvəzinə başqa kitab təhvil verməlidir.
Rəfdən istifadə qaydalarına görə, kitab rəfindən hər zaman istifadə etmək mümkündür və oxucular istədikləri kitabı seçib oxuya bilərlər. Oxucu kitabı müəyyən müddətə götürüb oxuduqdan sonra geri qaytara bilər və ya rəfdən götürdüyü kitabı başqa bir kitabla dəyişə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB