Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərin Nəzərinə!

Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərin Nəzərinə!

Azərbaycandan deportasiya olunan əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin ölkəyə yenidən buraxılmama müddəti müəyyənləşib. SİA-nın məlumatına görə, Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 29-cu maddəsinə yeni müddəalar əlavə olunub.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlini sözlərinə görə, əlavələrdə göstərilir ki, Azərbaycanın hüdudlarından kənara inzibati qaydada çıxarılmış əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycana gəlmə hüququ 1 ildən 5 ilədək məhdudlaşdırılır. Mövcud qanunvericiliyə görə, bu hal yalnız məhkəmələrin çıxardığı qərarlardan asılıdır.

Qeyd edək ki, yeni əlavələrdə Azərbaycanda deportasiya olunanlara ölkədən çıxmaq üçün maksimum müddət 48 saat müəyyənləşib.

Bütün xəbərlər Facebook səhifəmizdə