Fazil Mustafa: "Bu, acgözlük və görməmişlikdir"

Fazil Mustafa: "Bu, acgözlük və görməmişlikdir"

Milli Məclisin bugünkü iclasında millət vəkili Fazil Mustafa çıxışı zamanı Xəzər dənizinin bəzi imkanlı şəxslər tərəfindən hasara alınmasını ciddi şəkildə tənqid edib. SİA-nın məlumatına görə, vətəndaşların çimərliyə gedə bilməməsinin səbəbləri barədə danışan deputat bildirib ki, Azərbaycanda pulsuz çimərliyin olmaması heç də yaxşı hal deyil.

"Mən özüm araşdırma aparmışam. Azərbaycanda bir dənə belə pulsuz çimərlik yoxdur. Dənizlərdəki çimərliklərə giriş 2-20 manat arasında dəyişir. Hər çimərlikdə bir qiymət tətbiq olunur", - deyən millət vəkili məsələ ilə bağlı qanun layihəsi təklif edib.

Onun sözlərinə görə, bu qanunla hər bir vətəndaşa ayda 5 dəfə pulsuz çimərliyə getmək, 10 dəfə də pulsuz dəniz havası almaq hüquq verilməlidir: "Hərə bir restoran tikir. Bu, acgözlük və görməmişlikdir. Ona görə də xahiş edirəm ki, sadə vətəndaşların dənizə və çimərliyə getməsi ilə bağlı qanun layihəsi qəbul olunsun, çünki başqa çıxış yolu görmürəm".

Bütün xəbərlər Facebook səhifəmizdə