Milli Məclisin bugünkü iclasında Miqrasiya Məcəlləsi üçüncü oxunuşda qəbul olunub. SİA-nın məlumatına görə, yenilənmiş layihəni Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim edib.
Komitə sədri layihəyə təklif olunan dəyişiklərə şərh verib. Qanun layihəsinin müzakirələri zamanı deputatlardan bəziləri valideynlərin biri tərəfindən uşağın ölkədən çıxarılmasına icazə verilməsini təklif etmişdilər. Bu müddəa onunla əsaslandırılırdı ki, bəzi hallarda valideynlərdən biri ailəsi ilə əlaqəni kəsdikdə digər valideynin uşağını ölkədən çıxarmağa hüququ olmur.
Əli Hüseynli buna münasibət bildirərkən deyib ki, bu məsələlərdə hisslərə qapılmaq olmaz. Onun sözlərinə görə, belə icazənin verilməsi sui-istifadə hallarına şərait yarada və uşaq alverinə səbəb olan nəticələrə gətirib çıxara bilər: "Qanun layihəsinin son variantında Azərbaycanda daimi yaşayan əcnəbilərə dil öyrədilməsi, böyük maddi vəsait qoyan əcnəbilərə vətəndaşlıq hüququnun verilməsi, ölkədən kənarda yaşayan soydaşlarımıza vətəndaşlıq hüququnun verilməməsi, Azərbaycana gələn əcnəbilərin 3 gün müddətində qeydiyyata düşməsi və onların qeydiyyatının sadələşdirilməsi məsələsi öz əksini tapıb".
Layihəni təqdim edən komitə sədri əmək miqrasiyası kvotası və sərhədyanı miqrasiya kimi təklif olunan məsələlərin qanuna salınmadığını qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB