“Mən Azərbaycanlıyam”ın ilk on günlüyünün qalibləri mükafatlandırıldı
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunan və "İnformasiya-kommunikasiya texnologiyaları ili" çərçivəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən 1 iyun 2013-cü il tarixindən internet məkanında keçirilən "Mən Azərbaycanlıyam" online bilik yarışmasının iyun ayının ilk on günlüyünün qalibləri mükafatlandırılıblar. SİA-nın verdiyi xəbərə görə, mərasimdə iştirak edən rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib ki, yarışmanın keçirilməsinin əsas məqsədi milli-mədəni irsimizin təbliği, bu sahədə marağın və biliklərin artırılması,vətənpərvərlik hisslərinin yüksəldilməsidir: "İyun ayının ilk on günlüyündə yarışmaya 5068 nəfər iştirakçı qoşulub. Onlardan 4388 nəfər rəsmi sayt vasitəsi ilə, 680 nəfər isə facebook səhifəsindən qoşulub. Yarışma iştirakçılarından 3431 nəfəri kişi, 1637-i isə qadınlardır.Yarışın şərtlərinə uyğun olaraq müsbət nəticələr göstərən ilk on günlüyün qalibi 10 nəfər netbuk tipli komputer qazanıb. İlk yüzlüyə daxil olan digər iştirakçılar isə həvəsləndirici mükafatlara-10 manatlıq mobil telefon danışıq kartlarına sahib olublar".
Nazir müavini bildirib ki, oyunun super finalı dekabr ayında keçiriləcək: "Burada yalnız 10 günlüyün qalibləri iştirak edir. Bütün iştirakçılar RİTN tərəfindən müəyyən olunmuş məkana toplaşaraq, əyani şəkildə yarışırlar. Oyunlar iştirakçılara 10 günlüyün qalibləri kimi verilmiş netbook-larla keçirilir. İştirakçılara müəyyən vaxt verilir və əldə olunan nəticələrə görə qaliblər müəyyən olunur. Super Finalda qalib gələn ilk 3 nəfərə I yerə - 5 000 manat, II yerə - 3 000 manat, III yerə - 2 000 manat pul mükafatları verilir. Oyunun qaydalarına uyğun olaraq super finalın qalibi İKT ixtisası üzrə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" ilə müəyyən olunmuş universitetin magistr pilləsinə qəbul daxil olarsa, pul mükafatı əvəzinə RİTN-də yaradılan "İKT-nin İnkişafı Naminə İnsan Resursları Fondu" tərəfindən təhsil haqqının ödənilmə şansına malikdirlər.
Qeyd: Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunan və "İnformasiya-kommunikasiya texnologiyaları ili" çərçivəsində RİTN tərəfindən 01 iyun 2013-cü il tarixindən internet məkannda "Mən Azərbaycanlıyam" online bilik yarışması təşkil olunur. Yarışma oyunun rəsmi saytı (www.azerbaycanliyam.az) və facebook səhifəsi vasitəsi ilə qoşulmaq mümkündür. Yarışmada iştirak etmək üçün ilk olaraq qeydiyyatdan keçmək tələb olunur. Qeydiyyatdan keçərkən özünüzlə bağlı məlumatların qeydiyyat formasında qeyd etməyiniz (ad, soyad, mobil nömrə və s.) qalib gələcəyiniz təqdirdə sizinlə əlaqə saxlanaraq uduşunuzun təqdim edilməsi üçün zəruridir. Adınızı və soyadınızı şəxsiyyət vəsiqəsində olduğu kimi daxil edin. Hər bir şəxs bir dəfədən artıq qeydiyyatdan keçə bilməz. Müxtəlif akkauntla və ya digər məlumatları dəyişməklə təkrar qeydiyyatdan keçərək oynayan iştirakçıların oyun nəticələri qəbul edilməyəcək. Hədiyyələr aşağıdakı qaydada verilir.
- mütləq şəkildə şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.
- şəxsiyyət vəsiqəsi ilə qeydiyyat zamani daxil etdiyiniz məlumat uyğun olmalıdır.
- əks halda hədiyyə verilmir .
Oyuna başla – Yarışmanın əsas mərhələsinə qoşulmaq üçün seçim turunda bir suala düzgün cavab verilməlidir. Suala düzgün cavab vermək üçün 20 saniyə vaxt verilir. Düzgün cavab verdiyiniz halda yarışmada iştirak hüququnu əldə edirsiniz, əks təqdirdə yarışa yenidən seçim turundan başlayırsınız.
Yarışma əsas mərhələsi aşağıdakı 5 kateqoriya üzrə keçirilir:
Azərbaycan dili və ədəbiyyatı
Azərbaycan tarixi və etnoqrafiyası
Azərbaycan coğrafiyası
Azərbaycan mədəniyyəti və incəsənəti
İştirakçı özü seçdiyi 3 kateqoriya üzrə yarışır və hər kateqoriyada 3 sual olmaqla ümumilikdə 9 suala düzgün cavab verilməlidir. Hər cavab üçün 20 saniyə vaxt verilir.
Final sualı– bu son suala cavab verən iştirakçı qalib hesab olunur və ona bir xal verilir. Yarışmada qalib gəlmək üçün 11 suala (seçim turunun sualı ilə birlikdə) düzgün cavab verilməlidir. Yarışmada iştirak zamanı iki yardımdan istifadə imkanınız var. 1-ci dəfə düz cavab göstərərək növbəti suala keçmək, 2-ci dəfə səhv cavab verdikdə eyni suala yenidən cavab seçmək şansı verilir. Yardım yarışma müddətində istənilən sualda (seçim turu sualı istisna olmaqla) iştirakçı tərəfindən istifadə oluna bilər. Gün ərzində hər bir iştirakçı yalnız 10 dəfə oyunda iştirak edə bilər. Qalib iştirakçıya isə bir xal verilir və yalnız növbəti gün yenidən oyuna qoşula bilir.
Qaliblər hər 10 gündən bir, ötən 10 günün nəticələrinə görə müəyyən olunur. 10 günün ən çox qalib gələn 10 iştirakçısı NETBOOK hədiyyə qazanır.
İlk 100-ə daxil olan iştirakçılar 10 manatlıq danışıq kartı udurlar. Danışıq kartları yalnız iştirakçının qeydiyyat zamanı daxil etdiyi mobil nömrəyə yüklənir.
Yarışmanın gedişatı menyudakı TOP 100 bölməsində verilir.
Qaliblərin sayı 100 nəfərdən çox olduqda eyni xal toplamış iştirakçılar arasından qaliblər aşağıdakılar nəzərə almaqla müəyyən olunur:
- göstərilən cəhdlərin sayı;
- qələbələrə sərf olunan ümumi vaxt;
10 günü qalibləri super finalda yarışmaq hüquqi qazanır.
Qalib iştirakçı olan yalnız bir dəfə on günün qalibinə müəyyən olunmuş hədiyyəni – Netbooku uda bilər.
Ayın qalibi olmaq uğrunda mübarizəyə yalnız 10 günün qalibləri (NetBook udanlar) qoşula bilər. Ay ərzində qalib olan ilk üç nəfər mükafatlandırılır:
I yer - iPhone+iPhad
II yer - iPhad
III yer - iPhone
Hər ayın başlanğıcında ötən ayın nəticələri sıfırlanır.
Super final dekabr ayında keçiriləcək. Burda yalnız 10 günlüyün qalibləri iştirak edir. Bütün iştirakçılar RİTN tərəfindən müəyyən olunmuş məkana toplaşaraq, əyani şəkildə yarışırlar. Oyunlar iştirakçılara 10 günlüyün qalibləri kimi verilmiş netbook-larla keçirilir. İştirakçılara müəyyən vaxt verilir və əldə olunan nəticələrə görə qaliblər müəyyən olunur.
Super Finalda qalib gələn ilk 3 nəfərə pul mükafatları verilir:
I yer - 5 000 manat
II yer - 3 000 manat
III yer - 2 000 manat
Super finalın qalibi, əgər İKT ixtisası üzrə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" ilə müəyyən olunan universitetin magistr pilləsinə daxil olarsa, pul mükafatı əvəzinə RİTN-də yaradılmış "İKT-nin İnkişafı Naminə İnsan Resursları Fondu" tərəfindən təhsil haqqı ödənilə bilər.
Qeydiyyat zamanı daxil edilən məlumatlar şəxsiyyət vəsiqəsinə uyğun olmalıdır.
Hədiyyələr iştirakçılara şəxsiyyət vəsiqəsinin təqdim etməklə verilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB