“Andlılar məhkəməsi” ilə bağlı ictimai dinləmə keçiriləcək

“Andlılar məhkəməsi” ilə bağlı ictimai dinləmə keçiriləcək

"Demokratik İslahatçı Gənclər" İctimai Birliyi iyun ayının sonu "Andlılar məhkəməsi - Azərbaycan təcrübəsində" adlı dəyirmi masa keçirəcək. Birlikdən SİA-ya verilən məlumata görə, tədbirdə "Andlılar məhkəməsi beynəlxalq təcrübə-Azərbaycan" adlı kitab təqdim olunacaq. İctimaiyyətə təqdim olunacaq kitabda 30-a yaxın ölkənin andlı məhkəmələri ilə bağlı təcrübəsi, təkmilləşmə dövrü, qanunvericiliyi barədə məlumatlar əks olunub. Nəzərə alsaq ki, Azərbaycanda andlı məhkəmələri ilə bağlı təsisatlar yenidir və bu məhkəmələrin işləmə mexanizmləri ilə bağlı ictimaiyyətdə məlumat səviyyəsi aşağıdır. Bu səbəbdən hüquqi terminlərdən az istifadə olunmaqla hazırlanmış kitab, müxtəlif statuslu insanlar üçün nəzərdə tutulub. Bu kitabdan təhsilli və təhsilsiz insanlar da istifadə edərək andlı məhkəməsinin mahiyyətini anlaya bilər.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Andlılar Məhkəməsinin yaradılması ilə bağlı beynəlxalq təcrübə və vətəndaş cəmiyyəti ilə qanunverici orqanın dialoqunun təşkili məqsədilə ictimai müzakirənin keçirilməsi" layihə çərçivəsində reallaşacaq dəyirmi masada millət vəkilləri, diplomatlar, vətəndaş cəmiyyəti və medianın iştirakı nəzərdə tutulub. Müzakirələr zamanı irəli sürülən təkliflər birlik tərəfindən müvafiq qurumlara təqdimat ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə