"Azərbaycanda İnformasiya Texnologiyalarının İnkişafı Fondu yaxın vaxtlarda layihələrin qəbuluna başlayacaq". SİA-nın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə deyib.
Nazir müavininin sözlərinə görə, artıq Fondun strukturu formalaşır: "Fond tezliklə fəaliyyətə başlayacaq. Fond fəaliyyətə başladıqdan sonra layihələr üçün ayrılan vəsaitin həcmi də yaxın vaxtlarda bəlli olacaq. Bütün proseslər yekunlaşdıqdan sonra bununla bağlı ictimaiyyətə məlumat veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB