"Qeydiyyat sistemi əcnəbilərə şamil olunmur"

"Qeydiyyat sistemi əcnəbilərə şamil olunmur"

"Rabitə və İnformasiya Texnologiya Nazirliyi həm rouminq, həm də mobil danışıq qiymətlərinin aşağı salınması istiqamətində fəaliyyətini davam etdirir". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə deyib.

Nazir müavininin sözlərinə görə, bu proses nazirlik tərəfindən ardıcıl olaraq davam etdirilir: "Rouminq və mobil danışıq qiymətlərinin aşağı salınması nazirliyin ümumi siyasətidir. Mobil rabitə operatorları isə müxtəlif tarif paketləri təqdim etməklə, bunu təmin etməyə çalışır".

E.Vəlizadə vurğulayıb ki, saxta mobil telefonlar dövriyyədən çıxarılacaq: "Artıq bu istiqamətdə işlər aparırıq: "Artıq IMEI kodların qeydiyyatı sistemi fəaliyyətə başlayıb. Bu proses ancaq saxta və digər qanunsuz yollarla əldə edilən mobil telefonların istifadəsinə məhdudiyyət qoyacaq. Lakin hər kəs istifadəsi üçün mobil vasitə gətirsə, telefonun qeydiyyatını keçirməklə işlədə bilər. Azərbaycana səfər edən qonaqlar isə özləri ilə gətirdikləri mobil telefonlarından məhdudiyyətsiz istifadə edə bilərlər. Tətbiq edilən bu sistem əcnəbi qonaqlara şamil olunmur".

Bütün xəbərlər Facebook səhifəmizdə