Regionlarda yol mədəniyyəti inkişaf etdirilir FOTO

Regionlarda yol mədəniyyəti inkişaf etdirilir FOTO

Son illər yol təhlükəsizliyi sahəsində bir sıra problemlərin yaşanmasını müşayyət edirik. Belə ki, yol təhlükəsizliyinə əməl edilmədiyi üçün yüzlərlə insan avtomobil qəzalarında dünyasını dəyişir, bəziləri isə ehtiyatsızlıqdan digərlərinin sağlamlığına ağır zərər vuraraq, onların əlil qalmasına səbəb olurlar. Təbii ki, bütün bunları yaradan səbəb sərnişin və sürücülərimizin məsuliyyəti ilə birbaşa bağlıdır.

Yol təhlükəsizliyinə ciddi əməl olunmasını təşviq etmək və vətəndaş məsuliyyətini artırmaq məqsədilə Gənclər üçün Təhsil Mərkəzi yeni layihənin – regionlarda yol mədəniyyətinin inkişafına etdirilməsinə dəstək layihəsinin icrasına başlayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşdırılan layihə yaşından asılı olmayaraq, hər bir region sakininin yol mədəniyyətinin daha da inkişaf etdirilməsinə yönəlib. Mərkəzdən SİA-ya verilən məlumata görə, layihə çərçivəsində insanların diqqətinin bu məsələyə yönəltmək üçün görüşlərin, təlimlərin və sosial şəbəkələrdə maarifləndirici kampaniyaların keçirilməsi nəzərdə tutulur.

Bu gün Mingəçevir şəhərində layihənin növbəti görüş və təlim proqramı keçirilib. Tədbirdə gənclərin yol mədəniyyətinə həsr olunmuş səhnəcikləri də nümayiş etdirilib.

Qeyd edək ki, layihə BMT-nin 2011-2020-ci illər üzrə yol təhlükəsizliyi ilə bağlı qəbul etdiyi dekadaya töhfə vermək və hər kəsi bu işdə fəal olmağa çağırmaq missiyasını da daşıyır.

Layihənin növbəti günlərdə Azərbaycanın əsas magistral yolları üzərində yerləşən regionlarında davam etdirilməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə