Səlim Müslümov sakinlərin şikayətlərini dinlədi

Səlim Müslümov sakinlərin şikayətlərini dinlədi

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bu gün Gəncə şəhərinin sakinlərini və ətraf rayonlardan olan vətəndaşları qəbul edib. SİA-nın Aran bürosunun müxbiri xəbər verir ki, təxminən 2 saatdan artıq davam edən görüşdə 30-a yaxın vətəndaşın ərizə şikayətləri, eləcə də təklifləri dinlənilib. Xüsusən ölkədə qanunsuz əmək fəaliyyəti və işəgötürənlərin, iş axtaranların əmək haqlarının gizlədilməsi ilə bağlı müzakirələr aparılıb. Səlim Müslümov qeyd edib ki, əldə olunan gəlirlərin gizlədilməsi və ya sığortalanmasını təmin etmək üçün mübarizə tədbirləri görülür.

Sədrin sözlərinə görə, qanunda tələb olunan müddəaların yerinə yetirilməsi zəruridir və bu həyata keçirilməlidir. Növbəti ildən bu tədbirlərin həyata keçirilməsi istiqamətində daha geniş tədbirlər görüləcək.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə