Səlim Müslümov: "Pensiyaların baza hissəsi artırılacaq”

Səlim Müslümov: "Pensiyaların baza hissəsi artırılacaq”

"Yaxın zamanlarda pensiyaların baza hissəsinin artırılması nəzərdə tutulur". SİA-nın Aran bürosunun verdiyi məlumata görə, bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov Gəncə şəhərində səfəri çərçivəsində KİV-nümayəndələrinin suallarını cavablandırarkən bildirib.

Sədrin sözlərinə görə, bu istiqamətdə iş aparılır və fondun büdcəsi pensiyaların baza hissəsinin artımına imkan verir.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə